DÜNYA

Qardaşına görə qızı çılpaq şəkildə kənddə qovdular

Pakistanda polis qardaşın hərəkətlərinə görə onun bacısını çılpaq şəkildə kənddə gəzməyə məcbur edən səkkiz nəfəri saxlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Independent nəşri yazır.

Hayber-Paxtunhva vilayətində yerli sakinlər su dalınca gələn 16 yaşlı qızı soyunduraraq bir neçə saat ərzində küçələrdə gəzməyə məcbur ediblər.

Nəşr bildirir ki, bununla kənd sakinləri üç əvvəl onların qohumu ilə görüşən qızın qardaşından qisas almaq istəyiblər.

Kənd Şurasının qərarı ilə, qızın qardaşı kompensasiya ödəyib, lakin qohumlar bu qərardan narazı qalıblar.

Paylaş:
Загрузка...