DÜNYA

Qızdırması olan və öskürən şəxslərə XƏBƏRDARLIQ — Evdən ÇIXMAYIN, YOXSA…

İngiltərə Milli Sağlıq Sistemi ölkədə qızılca epidemiyasına qarşı vətəndaşlara xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, temperaturu yüksək olan və ya öskürək əlamətləri olan şəxslərə evdən çıxmamaqla bağlı xəbərdarlıq edilib.

Ölkənin iki ən böyük şəhəri Lids və Liverpulda qızılca epidemiyası yayılıb. Ən çox bilinən əlamətləri öskürək və qızdırma olan xəstəliyin yayılmasının qarşısını almaq üçün insanların evlərindən çıxmamaları, xüsusi vəziyyətlərdə həkimə müraciət etmələri tövsiyə olunub.

Gənclər başda olmaqla ölkə vətəndaşlarının hamısının qızılcaya qarşı peyvənd etdirmələri ilə bağlı xəbərdarlıq olunub.

Paylaş:
Загрузка...