DÜNYA

“Quli”nin çeçen avtoritetlə münaqişəsinin DETALLARI ÜZƏ ÇIXDI — Moskva uğrunda SAVAŞ

Xüsusi xidmət orqanları Yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) və çeçen avtoritet Əziz Batukayevin qruplaşmaları arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar.

Publika.az “Praym Kraym” kriminal saytına istinadən xəbər verir ki, qarşıdurma Moskvanın 3 bazarı üstündə yaranıb.

Saytın əldə etdiyi məlumatlara görə, dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə olunan gəliri yönləndirməyə çalışırdı. Onlar bazarlarda “Quli”nin adamlarının möhkəmləndiyi faktına məhəl qoymayıblar.

Qeyd edilir ki, baş verənlər barədə Əzizin izahatını gözləməyən “Quli” özü ona zəng vurub. Çeçen avtoritet kifayət qədər kobud tərzdə “obyektlər”in ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun qarşılığı mütləq olacaq. “Praym Kraym” bildirir ki, avtoritetlər arasındakı danışığın tonu barışığın istənilən imkanını istisna edir.

Bəzi fikirlərə görə, Aslan Usoyanın (“Ded Hasan”, 2013-cü il yanvarın 13-də öldürülüb) qətlindən sonra “Qanuni oğru №1” postuna Əzizin namizədliyinə ciddi baxılırdı. O, buna görə də Qırğızıstandan göndərilmişdi. Qırğızıstanda 2006-cı ildə 16 il həbs cəzası verilən «qanuni oğru» 2013-cü ilin aprel ayında azadlığa buraxılıb. Əziz azadlığa buraxılan kimi xüsusi reyslə Qroznıya yola salınıb.

“Quli” ilə münaqişə nəticəsində isə Əzizin “oğru” titulu şübhə altına düşüb və onu təsdiq etmək çətin olacaq. Rusiyaya gəlişdən sonra Əzizin “oğru” titulu Zaxariya Kalaşov (“Şakro Molodoy”) tərəfindən təsdiq edilməli idi, lakin onların görüşü olmayıb. Qeyd edək ki, “Şakro” Aslan Usoyanın öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilirdi. İddialara görə, Kalaşov hətta “Ded Hasan”ın əsas əleyhdarlarından biri olan Rövşən Canıyev (“Rövşən Lənkəranski”) haqqında da ölüm qərarı çıxarıb.

Sayt qeyd edir ki, Rusiya xüsusi xidmət orqanları “Quli”nin timsalında çeçenlərlə güc dili ilə danışmağı bacaran yeni personajın meydana çıxmasını təsdiq edirlər.

Paylaş:
Загрузка...