DÜNYA

Rəsmi Pxenyan: ABŞ Şimali Koreyaya müharibə elan edib

Şimali Koreyanın Xarici işlər naziri Li Yon Ho bildirib ki, ABŞ prezidenti Donald Tramp KXDR-ə müharibə elan edib.

Oxu.Az-ın xəbərinə görə, onun sözlərini Reuters nəşri sitat gətirir.

“Amerika Birləşmiş Ştatları ölkəmizə müharibə elan edib. Bu səbəbdən biz onların strateji bombardmançılarını hətta Şimali Koreyanın hava məkanında olmayanda belə vurmaq hüququna malik oluruq”, — KXDR-in XİN rəhbəri xəbərdarlıq edib.

Li Yon Ho bütün dünyanı “məhz ABŞ-ın Şimali Koreyaya müharibə elan etməsini dəqiq yadında saxlamağa” çağırıb.

Paylaş:
Загрузка...