DÜNYA

Rus hərbi təyyarəsi Pentaqonun binası üzərində — Video

Rusiyaya məxsus Tu-154 təyyarəsinin Vaşinqtondakı strateji əhəmiyyətli binaların yaxınlığında uçması ABŞ-da təlaşa səbəb olub.

Axar.az CNN-ə istinadən xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ABŞ Konqresinin inzibati binasının, Pentaqonun, ABŞ Federal Təhqiqatlar Bürosunun, Mərkəzi Kəşfiyyat İdarəsinin və Endru aviabazasının üzərindən uçuş edib.

Kanalın məlumatına görə, bu uçuş ABŞ hökuməti ilə razılaşdırılıb və təyyarədə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri də olub.

Təyyarənin alçaqdan uçması əhalinin böyük təşvişinə səbəb olub.

Paylaş:
Загрузка...