DÜNYA

Rusiya “İskəndər-M” raket sistemlərini işə saldı — Osetiyada

Şimali Osetiyada “İskəndər” raketləri atışa hazır vəziyyətə gətirilib.
Publika.az xəbər verir ki, Rusiya Federasiyası Cənubi Hərbi Bölgəsi rəsmisi polkovnik Vadim Astafyev bu barədə məlumat verib.
«Sputnik» agentliyinin məlumatına görə, o, raketlərlə bağlı həyəcan siqnalı verildiyini və “İskəndər-M” raket sistemlərinin işə salındığını bildirib:
«Rusiya Şimali Osetiyanın Alanya bölgəsindəki qoşunlarının döyüşə hazırlıq vəziyyətinin təsbiti üçün başladılan ani yoxlama çərçivəsində raket birlikləri həyəcan vəziyyətinə gətirilib. Yoxlamalarda 500-dən çox əsgər iştirak edir. İskəndər-M raket sistemləri daxil olmaqla 40 fərqli hərbi texnika döyüşə hazır vəziyyətdədir”.
Qeyd edək ki, Şimali Osetiya Rusiya və Gürcüstan arasındakı mübahisəli bölgədir.

Paylaş:
Загрузка...