DÜNYA

Rusiyada hərbi poliqonda partlayış baş verib

Rusiyada hərbi poliqonda partlayış baş verib.

Qərb Hərbi dairəsinin mətbuat xidmətinin məlumatına görə, Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış zamanı bir hərbçi ölüb, 5 nəfər yaralanıb.

«Bu gün yerli vaxtla saat 12:30 radələrində Leninqrad vilayətində yerləşən poliqonda keçirilən tanklardan planlaşdırılmış atış zamanı mərmi altı nəfər mühəndis istehkamçısının yaxınlığında partlayıb. Nəticədə bir hərbçi ölüb, 5-i yaralanıb», — deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır. //virtualaz.org

Paylaş:
Загрузка...