DÜNYA

Rusiyada təyyarə qəzası — Ölənlərdən biri azərbaycanlıdır + Siyahı

Rusiyanın paytaxtı Moskvada sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə qəzası Ramenski rayonunda baş verib.

Məlumata əsasən, AN-148 markalı təyyarə Domodevo hava limanından qalxdıqdan 2 dəqiqə sonra radardan yoxa çıxıb. Hadisə zamanı göyərtədə 65 sərnişin və 6 heyət üzvü olub.

Nəqliyyat Naziri artıq hadisə yerinə yola düşüb.

Faktla bağlı cinayət işi açılıb.

***

«Qafqazinfo» xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin adlarını açıqlayıb.

Ölənlər arasında Namiq Qəhrəmanov adlı azərbaycanlı da var.

 








Paylaş:
Загрузка...