DÜNYA

Rusiyanın Ermənistandakı bazasında 1500 hərbçi dəyişdiriləcək

Rusiyanın Ermənistandakı bazasında hərbçilərin ilk partiyası Cənub Hərbi Dairəsinin (CHD) hərbçiləri ilə əvəz edilib.

Оxu.Az bu barədə CHD-yə istinadən xəbər verir.

«Dekabrın əvvəlinə qədər təqribən 1,5 min əsgər və çavuşun əvəz edilməsi planlaşdırılır. Hərbçilər Ermənistanın Gümrü şəhərindən Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Mineral Sular, Samara, Yekaterinburq, Novosibirsk və Xabarovsk şəhərlərinin iri beynəlxalq hava limanlarının əsas marşrutları üzrə uçan mülki aviasiya təyyarələri ilə yola salınacaq», — məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistanın hərbi bazasına mübadilə üzrə gələn hərbçilərin 50%-dən çoxu hazırlıqlı mütəxəssislərdir.

 

Paylaş:
Загрузка...