DÜNYA

Ruslar Ermənistanda «tank dueli»nə çıxdılar

Rusiyanın Ermənistanda yerləşən tank bölmələri təlimlərə başlayıb Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) tank bölməsinin hərbi qulluqçuları «tank dueli» adlı təlimlərə başlayıblar.

«Panorama.az» xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, «Alaqyaz» hərbi poliqonunda keçirilən təlimlərdə T-72B tankları şərti düşmən hədəflərini məhv edəcək. Tankçılar gündüz və gecə vaxtı taktik-texniki hazırlıq məşqləri keçəcəklər. Təlimlərə rus ordusunun təxminən 100-ə yaxın hərbi qulluqçusu və 30-dan çox hərbi texnika cəlb olunub. Təlimlər oktybarın 27-nə qədər davam edəcək. Qeyd edək ki, ötən gün Cənub Hərbi Dairəsinin yaydığı məlumata görə, Rusiyanın Ermənistandakı bazasında hərbçilərininin əvəz edilməsinə başlanılıb. Bildirilib ki, dekabr ayının əvvəlinə qədər təxminən 1,5 min əsgər və çavuşların əvəz edilməsi planlaşdırılır. Hərbçilər Ermənistanın Gümri şəhərindən Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Mineral Sular, Samara, Yekaterinburq, Novosibirsk və Xabarovsk şəhərlərinin iri beynəlxalq hava limanlarının əsas marşrutları üzrə uçan mülki aviasiya təyyarələri ilə yola salınacaq. Əvəz etmə zamanı Ermənistana gələcək hərbçilərin 50 faizindən çoxu hazırlıqlı (rabitəçi, kəşfiyyatçı, snayperçi, piltosuz uçuş aparatlarını idarə edən operatorlar və hava hücumundan müdafiə sistemlərini idarə edən) hərbçilər olduğu bildirilir. 2016-ci ildə əvəz edilən hərbçilərin isə 40 faizi hazırlıqlı (zirehli texnika, eləcə də yük və kiçik avtomobilləri idarə etmən) hərbçilər olub.

Paylaş:
Загрузка...