DÜNYA

Sərhəd Xidmətinin rəisinin rütbəsi endirildi — Türkmənistanda

Türkmənistan Sərhəd Xidmətinin rəisinin rütbəsi bir pillə endirilib.

“AzeriDefence”nin Türkmənistan KİV-nə istinadən verdiyi məlumata görə, prezident Qurbanqulu Berdımuhəmmədovun imzaladığı sərəncamla Türkmənistan Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Beqenç Gündoğduyevin rütbəsi polkovnikə endirilib.

Rütbəsi aşağı salınan Xidmət rəisinə şiddətli töhmət verilib və çatışmazlıqları aradan qaldırmaq tapşırılıb.

Paylaş:
Загрузка...