DÜNYA

Sarkisyan: Ya danışıqlar aparırıq, ya da atəş açırıq

Ermənistan hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib.

Sarkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

“Bir əllə atəş açmaq, digəri ilə isə danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparırıq, ya da atəş açırıq. Ermənistan hər iki varianta hazırdır”, —  prezident qeyd edib.

Sarkisyanın sözlərinə əsasən, danışıqlar qarşılıqlı etimad şəraitində keçirilməlidir.

Paylaş:
Загрузка...