DÜNYA

Seneqal ayağa qalxdı — Masonların üzvü Rihannanı istəmirik — «Gəlməsin» — FOTOLAR

Seneqalın paytaxtı Dakarda keçiriləcək Təhsil üçün Qlobal Tərəfdaşlıq Konfransında iştirak edəcək amerikalı pop müğənnisi Rihanna üçün ölkədəki 30 Qeyri-hökumət Təşkilatı nümayəndələri birgə bəyanat verərək «Rihannayı ölkəmizdə görmək istəmirik» deyib.
Panorama.az Kolgemedia.az-a istinadən xəbər verir ki,  konfrans sabah keçiriləcək və təşkilat nümayəndələri israrla Rihannanı ölkələrində görmək istəmədiklərini bildirirlər.
 Müğənninin səfərini ləğv etməsini istəyən nümayəndələr Masonlar təriqət İlluminati üzvü olmaqla günahlandırdıqları Rihannanın Seneqalın sosial-mədəni dəyərlərinə təhlükə olduğunu irəli sürüb.
 Bəyanatda «Təyyarənin önündə aksiya keçirəcəyik. Lazım gələrsə, parlamentə, daxili işlər nazirinə, ya da dövlət başçısına müraciət edəcəyik» deyə bildirilib.
 Konfransda Fransa Prezidenti Emmanuel Makron ilə Seneqal Prezidenti Maki Sallinin də iştirakı gözlənilir.
 İyul ayında Makron ilə Parisdə görüşən Rihanna, Afrikada bir işə imza atacaqlarını bildirmişdi.
Müğənni Rihanna 24 İyunda Tvitter hesabından verdiyi açıqlamada Prezident Makrondan təhsil üçün fond ayrılmasını istəmişdi.
Paylaş:
Загрузка...