DÜNYA

“Şiəliyin yayılması təhlükədir” — Binəli Yıldırımdan qalmaqallı açıqlama

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ın CNN kanalında GPS verilişinə qonaq olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, B.Yıldırım Suriya və İraqdakı vətəndaş müharibəsi, regional problemlər, İranla əlaqələr və DAEŞ-lə mübarizə ilə bağlı sualları cavablandırıb.

Baş nazir deyib ki, 500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır:

“Biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir. Dini müharibə başlasa, bunun nə qədər davam edəcəyini heç kim bilməz. Buna görə də qonşumuz İrana dostcasına bunu çatdırırıq və xəbərdarlıq edirik”.

Paylaş:
Загрузка...