DÜNYA

Suriyada 43 dinc sakin aviazərbələrin qurbanı oldu

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Rakka şəhərinə endirdiyi aviazərbələr nəticəsində ən azı 43 dinc sakin həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriya dövlət televiziyası şahidlərə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiyanın təyyarələri dinc sakinlərin olduğu binaya hücum ediblər, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

SANA agentliyi dəqiqləşdirir ki, aviazərbələr zamanı altımərtəbəli yaşayış binası tamamilə dağıdılıb.

Paylaş:
Загрузка...