DÜNYA

Təcavüzə məruz qalan qadından gözlənilməz reaksiya

Braziliyada küçə ortasında baş verən təcavüz hadisəsi və təcavüzə məruz qalan qadının reaksiyası izləyənləri şok edib.

GoldNews.Az xəbər verir ki, bazarda satıcı kimi çalışdığı bildirilən qadın ətrafdakıların təəccüblü nəzərləri önündə özünə təcavüz edən adamı yerə yıxdıqdan sonra «Təcavüzə məruz qalmaqdan bezdim»-deyə bağıraraq yerdə yıxılan adama yumruq atmağa başlayıb.

Daha sonra özünü idarə edə bilməyən qadın üzərindəki qolsuz köynəyi çıxararaq sinəsi ilə adamın üzünə vurmağa başlayıb.

Yerə yıxılan şəxs həyat yoldaşı ilə bazarlıq etdiyini və ona təcavüz etmədiyini söylərək qadına ayağa qalxması üçün yalvarıb. Cinsi obyekt kimi baxılmaqdan bezdiyini deyərək adama vuran qadına ətrafda olanlar dəstək verərkən, bəziləri qadının uşaqların gözü qabağında belə bir hərəkət etməsinin düzgün olmadığını iddia edib və qadına sərt reaksiya göstəriblər.

Nəticədə hadisənin qadınlara edilən cinsi təcavüzlərə qarşı bir teatr qrupu tərəfindən oynanan bir oyun olduğu ortaya çıxıb. Teatr qrupunun direktoru Fausto Ribeiro hər gün xanımlara edilən cinsi hücumlara reaksiya üçün belə bir oyun nümayiş etdirdiklərini deyib.

Paylaş:
Загрузка...