DÜNYA

Təhlükəli virus hər il 1,3 milyon adam öldürür

Azmerikalı həkimlər dünyanın ən təhlükəli virusunu müəyyən ediblər.

“Ölkə.Az” xəbər verir ki, hepatit ən təhlükəli virus hesab edilib. Hesablamalara görə, hər il 1,3 milyon adam hepatit virusundan ölür. Bu virus HİV, malyariya və vərəm viruslarından daha çox ölümə səbəb olur.

Qeyd edək ki, vərəmdən isə ildə 1,2 milyon adam ölür. HİV-dən 1 milyondan çox, malyariyadan isə 719 min adam həlak olur. Hepatiti təhlükəli edən məsələ bu virusdan ölüm hallarının azalması yox, əksinə artmasıdır.

Son illər ərzində hepatitdən ölüm halları 20 faizdən çoxdur.

Paylaş:
Загрузка...