DÜNYA

Tələbə yataqxanasında qorxunc hadisə — Gecə qızların otağına girib… — VİDEO

Türkiyədə Karaman bölgəsində, Nəfisə Sultan Qızlar tələbə yataqxanasında, dəhşətli hadisələrin baş verdiyi məlum olub.

A24.Az xəbər verir ki, gecə qara paltarlı, üzü saçlarıyla örtülü adam, bəzi qızların otaqlarına girərək onlara ərəbcə sözlər deyir.

Qızlardan bəziləri adamın onlara “Sıra sizdədi”, “Öləcəksiniz” tipli yazılı mesajlar qoyub getdiyini söyləyir.

Tələbə yataqxanasında digər qızları da qorxu bürüyüb. 8 tələbə xəstəxanaya çatdırılıb, çox sayda tələbəyə ambulansda tibbi yardım göstərilib.

Tələbələrin sözlərinə görə, 2 həftədir ki, həmin qorxunc adam yataqxanaya gəlir. Qara paltarlı adam onları oyadaraq, üzlərinə sığal çəkir, ərəbcə sözlər söyləyir, otaqlara, qapılara tərəf işarələr göstərir. Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:
Загрузка...