DÜNYA

Tacı əlindən alınan modelə daha bir zərbə: 1 ilədək həbsi istənilir

Sentyabrda “Miss Turkey 2017” seçilən, lakin daha sonra Tvitterdə 15 iyul şəhidlərini təhqir edən paylaşımları səbəbindən tacı geri alınan model İtır Esenə daha bir zərbə vurulub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, model haqqında açılmış “Xalq arasında sosial, irqi, dini və cinsi ayrı-seçkilik salaraq təhqir və böhtan” cinayət işi yekunlaşıb.

Esenin 1 ilədək həbsi tələb edilir. İtır məhkəmədə ifadəsində şəhidləri təhqir etmək məqsədinin olmadığını bildirsə də, modelin həbsi tələbi qüvvədə qalıb.

Paylaş:
Загрузка...