DÜNYA

Tanınmış müğənni vəfat etdi

ABŞ-da məşhur “Faith No More” qrupunun keçmiş vokalisti Çak Mosli 57 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə “The Guardian” xəbər verib.

Məlumata əsasən, Mosli uzun illər alkoqolizmdən əziyyət çəkirmiş.

Çak Mosli 1984-1989-cu illərdə “Faith No More” qrupunun vokalisti olub. Qrup bir neçə dəfə «Qremmi»yə nominant olub.

Paylaş:
Загрузка...