DÜNYA

Tarkan üsyan elədi

Müğənni Tarkan qadınlara qarşı şiddət göstərilməsinə üsyan edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ifaçı İnstaqram səhifəsində “Qadın zorakılığına yox” çağırışı edib:

“Ölkəmizdə qadına şiddətin artmasına səssizcə şahidlik etmək əvəzinə, “zorakılığa yox” deyə hayqıraq. Hüquqi şəxslərə qadınların ölümünə səbəb olanlara, qadına şiddət göstərənlərə lazımlı cəzanı vermələri üçün çağırış edək. Hamımız birlikdə şiddətə məruz qalan qadınlara dəstək olaq. Bu gedişata “dayan” deyək».

Paylaş:
Загрузка...