DÜNYA

«Terrordan qorunmaq üçün internet kəsilməlidir» — Trampdan gözlənilməz təklif

“Gələcəkdə baş verə biləcək terror hadisələrindən qorunmaq üçün internet kəsilməlidir”.

Bunu ABŞ prezidenti Donald Tramp şəxsi «Twitter» səhifəsində yazıb.

D.Tramp internetin terrorçuların əlində əsas alət olduğunu qeyd edib.

O bildirib ki, internet terrorçuların əsas məlumat bazası olduğuna görə, internet ya kəsilməli, ya da ondan daha səmərəli istifadə edilməlidir.

Bu gün London metrosunda törədilən partlayışa da münasibət bildirən dövlət başçısı bildirib ki, terrorçular xəstə adamlardır.

Virtualaz.org xatırladır ki, bu gün London metrosunda ən azı 20 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən partlayış olub.

Böyük Britaniya hakimiyyəti Parsons Green stansiyasında baş verən partlayışı terror aktı adlandırıb.

Onu da qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bu dəqiqələrdə London metrosunda törədilən terror hücumu ilə əlaqədar Fövqəladə Vəziyyətlər Komitəsinin (COBRA) xüsusi iclasını keçirir.

Bu barədə baş nazirin ofisinin nümayəndəsi açıqlama verib.

Qeyd edək ki, COBRA komitəsinə hökumət, təcili xidmət və xüsusi xidmət orqanlarının üzvləri daxildir. //virtualaz.org

Paylaş:
Загрузка...