DÜNYA

“Tesla”nın yaradıcısı rekord itkiyə məruz qaldı — 800 MİLYON $

Dünyada elektromobil istehsal edən ən məşhur şirkət olan “Tesla”nın yaradıcısı İlon Mask sərvətinin 4 faizini itirib.

İKT.lent.az-ın “Forbes”a istinadən verdiyi xəbərə görə, səbəb şirkətin bu ilin 3-cü rübünün yekunlarına əsasən rekord zərərə məruz qalmasıdır. İ. Maskın itkisi pul ekvivalentində 800 milyon dollar təşkil edib. Onun sərvəti 19,1 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, “Tesla” 3-cü rübdə 619 milyon dollar zərər açıqlayıb. Bu, şirkətin tarixində ən böyük itkidir.

Paylaş:
Загрузка...