DÜNYA

Tramp 10 ayda silah satışından əldə etdiyi gəlirlə tarixə düşdü — ŞOK RƏQƏMLƏR

ABŞ prezidenti Donald Tramp imzaladığı silah müqavilələri ilə ən çox silah satışı həyata keçirən prezidentlərdən biri kimi tarixə düşüb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ağ Evdəki kürsüsünə 20 yanvar tarixində əyləşən ABŞ prezidenti Donald Tramp noyabra kimi 49 milyard dollarlıq silah satışına imza atıb.

ABŞ Konqresinin hərbi müqavilələrdən əldə edilən gəlirlərin hesabatına görə, Tramp son dövrün ən çox silah satışını gerçəkləşdirən prezidentlərdən biri olaraq qeyd edilib.

Son illərin ən yüksək satış rəqəmləri…

Əldə edilən məlumatlara görə, 2017-ci ilin yanvar-noyabr ayları arasında Trampın idarəçiliyində olan ABŞ 49 milyard dollar dəyərində hərbi silah, döyüş sursatı və təchizatını bir çox fərqli ölkələrə sataraq son illərin ən yüksək satış rəqəmlərinə yüksəlib.

Ötən ilin 33 milyard dollarlıq silah satışından sonra bu il 50 milyard dollarlıq səviyyəyə çatan rəqəm, Tramp idarəçiliyinin “silah müqavilələri” mövzusunda bundan əvvəlki liderlərdən daha istəkli olması kimi dəyərləndirilib.

Səudiyyə Ərəbistanla 110 milyard dollarlıq müqavilə…

Trampın Ər-Riyada səfəri zamanı mediaya yansıyan 110 milyard dollarlıq hərbi investisiya razılaşması hələ Müdafiə Təhlükəsizlik İş Birliyi Agentliyinin məlumatları arasında verilmir. Yeni layihənin müqaviləsinin bütün mövzular müzakirə olunduqdan  sonra bu haqda qeyd ediləcəyi bildirilir.

Səudiyyə Ərəbistanını İngiltərə izləyir…

Səudiyyə Ərəbistanından sonra ABŞ-dan ən çox silah alan ölkələr arasında İngiltərə diqqət çəkir. İngiltərənin Vaşinqtondan bu il ərzində 3,2 milyard dollarlıq silah-sursat aldığı diqqət çəkir.

İngiltərəni isə 3 milyard 45 milyon dollarla Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) təqib edir. Tayvan və İsrail isə Trampın dövründə 1 milyard dollara yaxın hərbi sursat alanlar arasında önə çıxır.

Kanadayla 5,2 milyard dollarlıq müqavilə…

Bir qələmlə ən yüksək miqdarda silah satışını “FA-18 Super Hornet” təyyarəsi ilə gerçəkləşdirən ABŞ bu satış üçün Kanada ilə sentyabr ayında 5,2 milyard dollarlıq müqavilə imzalayıb.

Kanadadan sonra sırada Bəhreyn var. Bu ölkənin bir neçə dəfə imza ataraq 3,9 milyard dollarlıq silah və sursat aldığı qeyd edilib. Bəhrəyndən sonra Səudiyyə Ərəbistanı isə 23 yanvardan bu yana ABŞ-dan 3,6 milyard dollarlıq hərbi sursat alıb.

Obama nə qədər silah satdı?

Trampdan əvvəl ABŞ prezidenti olan Barak Obama Konqresin verdiyi hesabatlara görə, 8 illik prezidentliyi dövründə təqribən 277, illik olaraq da 35 milyard dollar məbləğində silah satışı gerçəkləşdirib.

Obamanın dövründə ABŞ 2009-cu ildə 32, 2010-cu ildə 22, 2011-ci ildə 27, 2012-ci ildə 67, 2013-cü ildə 24, 2014-cü ildə 32, 2015-ci ildə 40, 2016-cı ildə isə 33 milyard dollarlıq silah satışı həyata keçirib.

Bundan başqa Obama  8 illik prezidentlik dövründə 277 milyard dollarlıq satış həyata keçirərək ABŞ-ın 2-ci Dünya Müharibəsindən bu günə ən çox silah satan prezidenti olaraq tarixə düşüb.

Paylaş:
Загрузка...