DÜNYA

Tramp “Green Card”ı ləğv edir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, tezliklə miqrasiya vizası üçün alınan «Green Card” lotoreyasının ləğvi ilə bağlı Konqreslə işə başlanılacaq. Bu barədə «Associated Press” məlumat verib.
«Green Card” lotoreyasını tənqid edən D.Tramp bildirib ki, rəsmi Vaşinqton real xidmətlər əsasında immiqrasiyanın tərəfdarıdır.
«Mən bunu çoxdan etmək istəyirdim. Bu lotereyadan ən qısa müddətdə qurtulmaq lazımdır”, — deyə D.Tramp bildirib.
Qeyd edək ki, ötən gün Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə, Dövlət Departamenti tərəfindən keçirilən  «Green Card” lotereyasını qazanaraq ABŞ-a köçüb.(virtualaz.org)
Paylaş:
Загрузка...