DÜNYA

Tramp İrandakı rejimi “korrupsiyalaşmış diktatura” adlandırdı

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib.

APA-nın xəbərinə görə, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D.Tramp İranla imzalanmış razılaşmanı ABŞ üçün rüsvayçı adlandırıb.

“İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir və beynəlxalq ictimaiyyət onu dayandırmalıdır”, — deyə o, əlavə edib. D. Tramp İrandakı rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb.

ABŞ prezidenti çıxışında Şimali Koreya, Suriya, Kuba, Venesuela rejimlərini də hədəf alıb. O, Şimali Koreyanı məhv etmək gücündə olduqlarını, lakin problemin siyasi yolla həllini istədiklərini söyləyib. D. Tramp Venesuelada demokratiyanı bərpa etmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Paylaş:
Загрузка...