DÜNYA

Tramp: «Nüvə silahlarımız hazırdır»

ABŞ prezidenti Donald Tramp «twitter» hesabından Şimali Koreyaya hədə məzmunu daşıyan növbəti «tweet»i yazıb. 

«Qaynarinfo» xarici mediaya istinadən xəbər verir ki, Tramp «Prezident olandan sonra ilk əmrim nüvə silahlarının yenilənməsi və modernləşdirilməsi olub. Hazırda bu silahlarımız həmişəkindən daha güclüdür» deyib.

Qeyd edək ki, ABŞ prezidenti ötən gün Şimali Koreya əleyhinə sərt bəyanatla çıxış etmişdi. Şimali Koreya rəsmiləri isə Sakit okeandakı Quam adasında yerləşən ABŞ-a aid hərbi bazaya raket hücumuna hazırlaşdıqlarını deyib.

Bu gün isə ABŞ xarici işlər naziri Reks Tillerson açıqlama ilə çıxış edərək Şimali Koreya ilə başa düşdükləri dillə danışaqlarını bildirib.

Paylaş:
Загрузка...