DÜNYA

Tramp Üçüncü dünya müharibəsi ilə bağlı ittihama cavab verdi

ABŞ prezidenti Donald Tramp onun ölkəni Üçüncü dünya müharibəsinə aparması ilə bağlı ittihamlara cavab verib.

Virtualaz.org bildirir ki, bu barədə NBC News xəbər yayıb.

Ağ Ev rəhbəri deyib: “Biz düzgün yolda deyildik. Əvvəlki administrasiyalar son 25 ildə bizi ciddi problemlər qarşısında qoyublar. İndi isə biz düzgün yolu seçmişik və bu yolla da davam edəcəyik”.

Qeyd edək ki, senator Bob Korker ABŞ prezidentinin fəaliyyətini qınayaraq Trampın öz işinə realiti-şou kimi yanaşdığını bəyan edib.

B.Korker bildirib ki, ABŞ liderinin digər ölkələri hədələməsi Üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Paylaş:
Загрузка...