DÜNYA

Trampın qızını yazdığı statusa görə peşman etdilər

ABŞ prezidenti Donald Trampın modelyer qızı İvanka Trampı yazdığı statusa görə tənqid ediblər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin 35 yaşlı qızı Tvitter hesabında LGBT (Lezbiyanlar, Geylər, Biseksuallar, Transseksuallar) təşkilatına olan simpatiyasından yazıb:

“Hamınıza xoşbəxt 2017 arzulayıram. Biz bu ay LGBT cəmiyyətini təbrik edir və onun üzvlərinə hörmətimizi bildiririk. Mən LGBT-li dostlarımı və amerikalıları qürurla dəstəkləyirəm. Onlar bizim cəmiyyətimizin və iqtisadiyyatımızın inkişafına böyük töhfə veriblər”.

Lakin İvankanın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən inamsızlıqla qarşılanıb. İzləyicilər statusa cavab olaraq onun səmimiyyətinə inanmadıqlarını və onu özlərinin tərəfdarı hesab etmədiklərini yazıblar.

Xatırladaq ki, Donald Tramp prezident seçildikdən sonra Ağ Evin rəsmi saytında LGBT cəmiyyətinə aid bölmə silinib.

Paylaş:
Загрузка...