DÜNYA

TÜRK ƏSGƏRİN QƏLƏBƏSİ — Əvvəl bayrağını öpdü, sonra dalğalandırdı — VİDEO

Türkiyə Silahlı Qüvvələri (TSK) Azad Suriya Ordusu (ASO) ilə birlikdə alınan Burseya dağında türk əsgərin bayrağını dalğalandırması Türkiyəyə qürur hissi yaşadıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, strateji əhəmiyyətə malik olan Burseya dağı TSQ və ASO tərəfindən ələ keçirildikdən sonra türk və ASO bayraqları dalğanlandırılaraq qələbə qeyd olunub.

Qeyd edilir ki, terror təşkilatları Burseya dağının həm Kilisə, həm də müxaliflərin idarəsində olan Azezə baxan mövqeləri sayəsində bu bölgədəki sivilləri havadan, top və raketlərdən atəşə tuturdu.

Burseya dağını ələ keçirən türk əsgərlər isə bu qələbələrini bayraqları ilə qeyd ediblər. Türkiyə mediasında yayımlanan görüntülərdə əsgər əvvəl türk bayrağını öpür, sonra ilə dalğalandırır.

“A24.az” həmin görüntüləri təqdim edir:

 Afrin əməliyyatından digər görüntüləri təqdim edirik:

Firuzə Alimova / A24.az

Paylaş:
Загрузка...