DÜNYA

Türk jurnalist ABŞ rəsmisini ağlatdı

Departamentin sözcüsü sualdan qaçmaq istəyib, amma…

ABŞ-ın Dövlət Departamentinin sözcüsü ağladılıb. Bunu edən isə türkiyəli jurnalist olub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sözcü Heyzer Nouert “Daily Sabah Washington”nun müxbiri Raqib Soylu ilə mübahaisə edib. Bu mübahisədən sonra o gündəlik brifinqini ağlayaraq tərk edib.

Jurnalist  «YPG-lilərin Öcalanı təriflədiyi video ilə bağlı bir şərhiniz olacaq?” deyə sual verib. Dövlət rəsmisi isə “xəbərim yoxdur” deyərək jurnalistin sualına cavab verib. Nauert tərəfləri təxribatçı addımlardan çəkinməyə dəvət etməklə kifayətlənib.

Türkiyə ilə terrorla mübarizədə birgə çalışdıqlarını deyən xanım “Sabah”ı türk hökumətinin maliyyələşdirdiyi bir qəzet olmaqda ittiham edib. Lakin Soylu «çalıştığım şirkət dövlətə bağlı deyil, özəl bir qurumdur” deyə Amerika rəsminin cavabını verib. H.Nauert “Eləmi? Türkiyə ilə deyə biləcəklərim bu qədər” deyərək jurnalisti susdurmağa çalışıb.

Bu barədə məlumatı isə “Amerikanın səsi”nin Vaşinqton müxbiri Mehmet Sümer paylaşıb. Soylu özü isə “Twitter”də belə yazıb:

“ABD rəsmisi YPG ilə bağlı verdiyim bir suala dövlət-özəl media qrupunda çalışdığımı soruşaraq cavab verib. Sözcüyə çalışdığım şirkətin özəl olduğunu bildirdim. Onda o mənə bu media qurumunun dövlət tərəfindən maliyyələşdirildiyini dedi. Nə dəxli var?”.

Paylaş:
Загрузка...