DÜNYA

Türkiyə Rusiyanın S-400 zenit-raket sistemini alır

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.

Virtualaz.org RİA Novostiyə istinadən bildirir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Federal Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Rusiya tərəfinə beh də verildiyini bildirmişdi: «Mən və Putin bu mövzuda qərarlıyıq».

RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını təsdiqləyib: «Hazırda razılaşma icraya hazırlanır».

Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. S-400 Triumf zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalar ilə hazırlanacaq qurğuları zərərsizləşdirmək qabiliyətinə malikdir.

2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən S-400 Triumf raketi özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 4800 saniyədə hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyə və beş dəqiqədə yerləşdirilə bilən S-400 raketi 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığına malikdir və ölümcül təsiri var.

Paylaş:
Загрузка...