DÜNYA

Türkiyədə PKK ilə atışma: üç əsgər şəhid oldu

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları ilə atışmada üç əsgər şəhid olub, daha ikisi yaralanıb.

«Panorama»nın APA-ya istinadən verdiyi məlumata görə, atışmada iki terrorçunun öldürüldüyü, birinin isə yaralandığı bildirilir.

Atışma bu gün baş verib. Əməliyyat keçirən əsgərlər PKK terrorçuları ilə qarşılaşıb.

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat davam etdirilir.

Paylaş:
Загрузка...