DÜNYA

Üç gün vaxt verilmişdi — Bərzanidən RƏDD CAVABI

Şimali İraq kürd muxtariyyəti nəzarətində olan hava limanları və sərhəd keçid məntəqələri İraq hökumətinə təslim etməkdən imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ərbildə fəaliyyət göstərən “Rudav” telekanalı məlumat yayıb.

Rərmi Bağdad hava limanları və sərhəd keçid məntəqələrinin təslim edilməsi barədə tələbin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdi.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Sentyabrın 27-də referendumun rəsmi nəticələri açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyə səs verib

Paylaş:
Загрузка...