DÜNYA

Ukraynada iri beynəlxalq hərbi təlimlər başlayıb

Ukraynanın Lvov vilayətində «Rapid Trident-2017» iri beynəlxalq hərbi təlimlər başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təlimlərdə 14 ölkədən 2500-dən çox hərbçi iştirak edəcək.

Ukrayna, Gürcüstan, ABŞ, Türkiyə, Böyük Britania və digər ölkələrdən hərbçilərin qatıldığı hərbi təlimlər sentyabrın 23-dək davam edəcək.

Qeyd edək ki, bu təlimlərlə eyni zamanda, sentyabrın 14-dən 20-dək Rusiya və Belarusun bir neçə poliqonunda «Qərb-2017» təlimləri keçiriləcək.

Paylaş:
Загрузка...