DÜNYA

Ukraynadan Rusiyaya qarşı yeni zərbə — Xüsusi sistem

Ukrayna Donbasda Rusiya telekanallarının yayımının qarşısını almaq üçün xüsusi sistemin sınağını keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov danışıb. Onun sözlərinə görə, sistem uğurla sınaqdan keçirilib.

“Bu sistem bizə Ukrayna telekanallarının yayımına mane olmadan Rusiya və separatçılıq təbliğatı aparan telekanalların analoq, rəqəmsal və peyk yayımlarının qarşısını almağa imkan yaradır”,- Turçinov deyib.

Paylaş:
Загрузка...