DÜNYA

Ürək-damar sistemi üçün ən faydalı mürəbbə — Siyahı

Rusiyanın məşhur «Zdorovye» jurnalı ən faydalı və müalicəvi mürəbbələrin siyahısını tərtib edib.

Panorama.az Sağlamolun.az-a istinadən həmin siyahını təqim edir:

— moruq mürəbbəsi — iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır

— heyva mürəbbəsi — ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır

— zoğal mürəbbəsi -soyuqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir

— qoz mürəbbəsi — ürək üçün faydalıdır, qalxanvari vəzi xəstəlikləri zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur

— qara qarağat mürəbbəsi — avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır

— quşüzümü mürəbbəsi — güclü mikrob və iltihab əleyhinə təsirə malikdir

— çaytikanı mürəbbəsi — immun sistemi möhkəmləndirir, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir

— zirinc mürəbbəsi — iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, təbii polivitamin vasitədir.

Paylaş:
Загрузка...