DÜNYA

Venesuela prezidenti özünü Stalinlə müqayisə etdi

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. O, belə bir fikirlə yerli «Venezolana de Televisión» telekanalında «Maduro ilə bazar günü» verilişinin efirində çıxış edib.

Venesuela prezidenti deyib: «Elə adamlar var ki, məni Qəraibin Stalini hesab edirlər. Və mən ona oxşayıram. Bir mənə profildən baxın».

Daha sonra o əlavə edib: «Bəzən güzgüdə özümə baxır və özümü Stalinə oxşadıram». //virtualaz.org

Paylaş:
Загрузка...