DÜNYA

“WhatsApp”dan möhtəşəm YENİLİK

“WhatsApp” messenceri bu dəfə də yeniliyi ilə istifadəçilərini sevindirəcək.

Panorama.az-ın Axşam.az-a istinadən məlumatına görə, şəbəkə hazırda yeni funksiyanın üzərində test aparır.

Belə ki, “Şəkil üstə şəkil” adlanan yeni funksiya sayəsində görüntülü danışa-danışa başqa birisi ilə mesajlaşmaq mümkün olacaq.

Funksiyanın yaxın vaxtlarda istifadəçilərə təqdim olunacağı gözlənilir.

Paylaş:
Загрузка...