DÜNYA

WSJ: Neft nəhənginin yeni baş direktoru o olacaq

ABŞ-ın “Chevron” neft-qaz müəssisəsinin növbəti baş direktoru Maykl Virt olacaq.

OilGas.az “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, yeni baş direktorun adını şirkət nümayəndələri elan edib.

Məlumata görə, 56 yaşlı Virt 2018-ci il fevralın 1-də hazırki baş direktor və Direktorlar Şurasının sədri Con Vatsonu əvəzləyəcək.

  Con Vatson

Virt daha öncə “Chevron”un Direktorlar Şurasının vitse-sədri postuna təyin edilib.

Vatson qəzetə açıqlamasında bildirib ki, yaxın 4 ay ərzində əvəzləyicisinə işlərini ötürəcək. Bu müddət ərzində o, 1982-ci ildən “Chevron”da çalışan Virtlə birlikdə bütün dünya üzrə neft-qaz sahəsinin aparıcı nümayəndələrilə görüşlər keçirəcək.

Qeyd edək ki, 2010-cu ildən neft nəhənginin baş direktoru postunda çalışan 60 yaşlı Vatson istefaya gedəcək. O, bu barədə çoxdan qərar verib və Direktorlar Şurasının üzvlərini də öncədən məlumatlandırıb.

Paylaş:
Загрузка...