DÜNYA

Xaricilərin cəsəd biznesi – Baş 850, bədən 3400, ayaqlar 2200 manat – FOTO

ABŞ-da yoxsul insanlar ölən yaxınlarının cəsədini dəfn xərci qarşılığında satışa çıxarır. Bu vəziyyət cəsəd tacirləri və cənazə evləri üçün yeni gəlir mənbəyinə çevrilib.

“Reuters”dən yayılan xəbərə görə, ABŞ-da ciddi bir cəsəd bazarı yaranmağa başlayıb. Ölkədə cəsəd alveri edən bir çox şirkət ortaya çıxıb. Bu şirkətlər orqan və toxuma banklarından fərqli olaraq, əsasən yoxsullardan alınan cəsədləri təhsil və tibbi səbəblər məqsədilə istifadə etmək üçün satırlar.

2011-2015-ci illərdə Nyu-York, Virciniya, Oklahoma və Florida ştatında özəl şirkətlərə 50 min cəsəd ianə edilib və şirkətlər 182 mindən çox orqan satışı həyata keçirib. Yalnız “Southern Nevada” şirkəti bu işdən üç ildə 12.5 milyon dollar qazanıb.

Cəsəd tacirləri ilə cənazə evləri arasında həyata keçirilən ortaqlıqların da yaxşı qazanc gətirdiyi bildirilir. Yeni bir şirkətin beş ildə bağışlanan 2100 cəsəddən 13.8 milyon dollar gəlir əldə etdiyi təxmin edilir.

Cəsəd bazarında orqanizmin hər bir hissəsi fərqli qiymətə satışa çıxır. Bir cəsədinin başı 500 dollar (850 manat) edərkən, bədən üçün ən azı 2 min dollar (3400 manat) qiymət qoyulub. Ayaqlar isə 1300 dollara (2200 manat) satılır.

Əməliyyatlar qanuni şəkildə həyata keçirilir. Çünki ölkədə orqan biznesinin qadağan olmasına baxmayaraq, tədqiqatlar və təhsil fəaliyyətləri üçün bağışlanan cəsədlərin satışını qadağan edən bir qadağa yoxdur. //www.bizimyol.info

Paylaş:
Загрузка...