DÜNYA

«Yahşi cazibe»nin aktyoru ilə xanımını oteldə döydülər

“Ayrılsaq da beraberiz”, “Yahşi cazibe” seriallarından tanınan aktyor Hakan Yılmaz həyat yoldaşı Eliflə birlikdə oteldə 3 nəfər tərəfindən döyülüb.

Panorama.az xəbər verir ki, onun üçün oteldə hazırlanmış sürpriz ad günü partisinə qatılan aktyor məkana daxil olarkən Denizhan Vural və dostu Erdal Gökçe adlı şəxslər cangüdəniylə birlikdə ona yaxınlaşıb.

“Sən məni tanıyırsan?” deyə Hakana sual ünvanlayan Vural Yılmazın “Üzr istəyirəm, tanımıram” sözlərindən sonra onu yumruqlayıb. Denizhan “Sən məni niyə tanımırsan? Səni də, arvadını da öldürərik” deyərək aktyorla xanımına hücum edib. Dələduzlar Hakanın başına sərt alətlə vurublar. Aktyorla xanımı xəstəxanaya aparılıb müayinə olunduqdan sonra polisə şikayət ərizəsi yazıblar. Polis müşahidə kameralarından şübhəliləri saxlayaraq, onların ifadəsini alıb, daha sonra isə sərbəst buraxıb.

Qeyd edək ki, Hakanla Elif hadisədən bir saat əvvəl otelin qarşısında şəkil çəkdiriblər.

//Axşam.az//

Paylaş:
Загрузка...